Fobiyalar

Fobiya mənşəcə yunan sözü olan fobos sözündəndir. Mənası qorxu deməkdi. Fobiya daha çox ürək döyünməsi, tənginəfəslik, boğulma, əzələlərdə gərginlik, baş gicəllənməsi, ürək bulanması, ağzın quruması, əllərin və ayaqların keyləşməsi və s. əlamətlərlə üzə çıxır. Fobiya başlıca olaraq 3 qrupa ayrılır aqorofobiya, spesifik fobiya, sosial fobiya.
Aqora fobiyası olan adamlar daha çox küçə, meydan, bazar, kinoteatr, körpü, tunel və s. Kimi izdihamlı yerlərdən qorxurlar. Çox vacib olduqda isə belə yerlərə ailə üzvləri və ya dostları ilə getməyi üstün tuturlar. Spesifik fobiya özünü əsasən heyvanlara, yüksəkliklərə, qapalı və ya açıq mühitlərə, təyyarə, lift və s. Qarşı göstərir. Hətta bu fobiya qrupuna daxil olanlar bəzən qan və ya yara görməkdən qorxurlar. Sosial fobiyası olan adamlar isə daha çöx ictimai yerlərdə yeməkdən, danışmaqdan və ya yazmaqdan çəkinirlər. Həmçinin bu siyahıya ümumi nəqliyyat vasitələrindən istifadə etmək, qonaq qəbul etmək, əl-ələ görüşmək və s. daxildir.
Dünyada hər 10 nəfərdən birində fobiya var. Fobiya qadınlarda kişilərdən daha çoxdur. Fobiyalar əsasən müxtəlif yaşlardan sonra özünü göstərməyə başlayır. Məsələn aorofobiya özünü 20 yaşından, spesifik fobiya uşaqlıq yaşlarından, sosial fobiya isə yetkinlik yaşlarından sonra göstərir. Fobiya müalicə edilmədikdə xroniki hal alır. fobiya əsasən psixoterapiya üsülu ilə müalicə olunur.

Fobiyanın akluorofobiya-qaranlıqdan qorxmaq, akrofobiya-yüksəklikdən qorxmaq, antrofobiya-insanlarda qorxmaq, aviofobiya-təyyarədən qorxmaq, hematofobiya-qan qorxusu,zoofobiya-heyvanlardan qorxmaq və s. növləri var.

Reklamlar

There are no comments on this post.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

w

Connecting to %s

%d blogcu bunu beğendi: